AUT.AZ

Messi bu mükafatını da “Barsa”nın muzeyinə bağışladı

Lionel Messi 8-ci “Qızıl top”u “Barselona” muzeyinə bağışlayıb.

Argentinalı 8-ci dəfə bu mükafatı ötən ilin oktyabrında “İnter Mayami”nin oyunçusu kimi alıb.

Aut.az xəbər verir ki, jurnalist Mikel Blazquezin sözlərinə görə, Messinin əvvəlki 7 mükafatı – “Qızıl top”lar da o muzeydə saxlanılır.

Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. 2016-cı ildə klubun muzeyində argentinalıya həsr olunmuş bölmə açılıb.

Aut.az

Exit mobile version