AUT.AZ

Kartlar açılır: Mbappe bu FOTONU bəyəndi

Real”ın ulduz futbolçusu Vinisius UNESCO-nun xoşməramlı səfiri kimi Mərakeşə yollanıb.

Aut.az xəbər verir ki, səfərin rəsmi hissədən əlavə, braziliyalı vinger Mərakeş səhralarında gəzintiyə çıxıb. “Sambaçı” orada keçirdiyi anları “İnstaqram” hesabında izləyiciləri ilə də paylaşmağı unutmayıb.

Fotoları bəyənənlər arasında bir ad xüsusilə diqqət çəkib – Kilian Mbappe. Bəli, fransalı forvard Vinisiusun paylaşımını ilk bəyənənlərdən biri olub.

Ötən gün “Marca” Mbappenin “Real”la 5 illik müqavilə bağladığını yazıb. Kilianın bu informasiyadan sonra Madrid klubunun futbolçuları ilə münasibətdə məsafə saxlamaması xəbərin doğru olmasına yönələn bir işarədir. Bunu biz yox, İspaniya futbol ictimaiyyəti iddia edir.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsinin müddəti mövsümün sonunda bitəcək.

Exit mobile version