AUT.AZ

Ançelotti Modriçə elə bir təklif etdi ki…

“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Luka Modriçə maraqlı təklif edib.

Aut.az xəbər verir ki, italyan mütəxəssis 38 yaşlı xorvatiyalıya bu mövsümün sonunda futbolçu karyerasını bitirmək qərarına gələcəyi halda, məşqçilər korpusuna qoşulmasını istəyib. Bu barədə jurnalist Ramon Alvares de Mont məlumat yayıb.

Mənbənin sözlərinə görə, Modriç Ançelottinin təklifini yüksək qiymətləndirib. Lakin o, futbolçu karyerasını davam etdirmək üçün kifayət qədər gücü olduğuna inanır.

Modriçə hazırda ABŞ və Səudiyyə Ərəbistanı klublarının maraq göstərdiyi bildirilir. Futbolçunun özü də Amerika klublarından birində oynamağa üstünlük verir.

Xatırladaq ki, mətbuatda Modriçin “Real”dakı oyun müddətindən narazı olduğu və bu səbəbdən Madrid klubundan ayrılma variantını nəzərdən keçirdiyi barədə məlumatlar yayılıb.

Exit mobile version