AUT.AZ

Azar üçün ən yaxşı: Nə Messi, nə də Ronaldo

Yayda futbolçu karyerasını başa vuran Eden Azar Lionel Messi və Kriştiano Ronaldo arasında seçim edib.

Aut.az xəbər verir ki, belçikalı sabiq vinger seçimini Messidən yana etsə də, Ronaldonun ünvanına maraqlı fikirlər səsləndirib:

“Mənim üçün futbol baxımından Messi daha yaxşıdır. Ancaq insanların bu mövzuda fərqli fikirləri var. Ronaldo komandalarına kuboklar qazandıran ən böyük qol vuran oyunçudur. Bu oğlana baxın, onun 39 yaşı var, hələ də oynayır. Mənə inanın, 50 yaşa çatana qədər qol vurmağa davam edəcək.

Mən isə Messinin oyun tərzinə üstünlük verirəm, amma düşünürəm ki, Zidan ən böyükdür”.

Exit mobile version