“Barsa” onu namizədlər siyahısından çıxardı – Səbəb odur ki…
“Barselona” mövsümün sonunda Xavinin gedişindən sonra baş məşqçi postuna Yulian Naqelsmannın namizədliyini rədd edib.
Aut.az xəbər verir ki, “Barselona”nın imtinası Naqelsmannın Almaniya millisində işləməsi ilə bağlıdır. Avro-2024 iyulun ortalarına qədər bitməyəcək, yəni alman məşqçi bütün diqqətini “Barselona”nın mövsümöncəsi hazırlıqlarına yönəldə bilməyəcək.
Ona görə də, klub onun adını namizədlər siyahısından çıxarıb.
Xatırladaq ki, Xavi yayda “Barselona”dan ayrılacağını yanvarın sonunda “Vilyarreal”la oyundan sonra açıqlamışdı.
Aut.az
