AUT.AZ

52 yaşı var, dayanmaq bilmir: Xüsusi matç keçiriləcək

“Pittsburq”un sabiq hokkeyçisi Yaromir Yaqr komanda ilə birlikdə məşq edib.

Aut.az xəbər verir ki, 52 yaşlı hücum oyunçusu Çexiyadan ABŞ-a gəlməsinin səbəbi onun şərəfinə xüsusi matç keçirilməsidir.

Onun forma nömrəsi (68) fevralın 18-də “Pinqvinlər” tərəfindən təqaüdə çıxarılacaq. Forma ev arenasının oturacaqlarının üzərindən qaldırılacaq.

Yaqr Mario Lemieu və Mişel Bryeredən sonra “Pittsburq”da bu şərəfə layiq görülən üçüncü oyunçu olacaq. Əfsanəvi çexiyalı  hokkeyçisi vətənində – “Kladno” klubunun heyətində çıxışını davam etdirir.

Exit mobile version