AUT.AZ

Ukraynalı idmançının ölümünə görə 4 nəfər saxlanılıb – Biri türkdür

Bazar ertəsi Almaniyanın Düsseldorf şəhərində 17 yaşlı ukraynalı gənc basketbolçu Vladimir Yermakovun öldürüldüyü haqda məlumat vermişdik.

Aut.az xəbər verir ki, Yermakov küçədə bıçaqlanaraq öldürülüb, dostu Artem Kozaçenko isə reanimasiyadadır, lakin onun həyatı üçün artıq təhlükə yoxdur.

Daha əvvəl Kiyev Basketbol Federasiyası hücumun uşaqların ukraynalı olması səbəbindən baş verdiyini bildirib. Xarici İşlər Nazirliyindən bu məlumatı təsdiqləyən yoxdur. Bildirilir ki, bu gün, fevralın 16-da ukraynalı idmançının qətlində şübhəli bilinən daha üç nəfər saxlanılıb.

Polis 14 yaşlı yunan əsilli alman, 14 və 15 yaşlı iki suriyalını saxlayıb. Onlar Yermakovun qətlinin mümkün iştirakçılarıdır. Əsas şübhəli cinayətin törədildiyi gündən bir gün sonra həbs edilən 15 yaşlı türk əsilli almandır.

Aut.az

Exit mobile version