Etiraf: “Barselona”da çox əziyyət çəkmişəm
PSJ-nin futbolçusu Usman Dembele “Barselona”da çıxış etdiyi dönəmi xatırlayıb.
Aut.az xəbər verir ki, Dembele Kataloniya klubunda əziyyət çəkdiyini bildirib.
“Mən 20 yaşım olanda “Barselona”ya keçdim, o zaman peşəkar futbolda cəmi bir il yarım keçirmişdim. Hələ də oxuyurdum və ən çox dərsi Barselonada öyrəndim. “Barselona”da çox əziyyət çəkmişəm.
Çox çətin anlar yaşadım, sonra hər şey yaxşılaşdı – addım-addım, zaman keçdikcə. Bu, mənim kimi gənc futbolçu üçün məntiqlidir”, – Sport.es Dembelenin sözlərindən sitat gətirib.
Dembele 2017-2023-cü illərdə “Barselona”da çıxış edib. Ötən yay Fransanın “Renn”inin yetirməsi olan Usman PSJ-yə keçib. Nüfuzlu Transfermarkt portalı vingerin bazar dəyərini 60 milyon avro qiymətləndirir.
Aut.az
