AUT.AZ

80 illik rekordu yenilədi

“Detroit Red Vinqs” ilə NHL normal mövsüm matçında (8:4) 6 məhsuldar ötürmə edən “Edmonton Oylers”in forvardı Konnor MakDeyvid uzun müddətdir davam edən rekordlardan birini yeniləməyi bacarıb.

Aut.az xəbər verir ki, 27 yaşlı kanadalı bir oyunda 6 və ya daha çox assist edən ilk NHL oyunçusudur. Sonuncu dəfə belə bir hadisə 1944-cü ilin fevralın “Detroit Red Vings” ilə “Nyu York Reyncers” matçında qeydə alınmışdı.  Həmin matçda Don Qrasso 5 asist etmişdi.

Xatırladaq ki, MakDeyvid bu NHL mövsümündə Edmonton üçün 47 matçda iştirak edib,. Faydalılıq göstəricisi 77 xaldır (21+56).

Exit mobile version