AUT.AZ

“Qarabağ”ın akademiyası “Sərhədçi”dən köçdü

“Qarabağ” futbol akademiyası məkan dəyişikliyi edib.

Aut.az-ın əldə etdiyi məlumata görə, “köhlən atlar”ın aşağı yaş qrupları üzrə komandalarının bir hissəsi futbol ictimaiyyətində “Neftçi baza” kimi tanınan cüdo üzrə milli komandaların Təlim-məşq Mərkəzində məşq edəcək. Bu, U-15-dən U-19-dək komandalara aid ediləcək.

Dəyişikliyə səbəb akademiyanın məskunlaşdığı “Sərhədçi” İdman Mərkəzinin meydançasının süni ot örtüyünün yenisi ilə dəyişdirilməsidir. Bu proses təqribən 2 ay davam edəcək.

Aut.az

Exit mobile version