AUT.AZ

Əfsanəvi hücumçu küçələrdə imperator kimi gəzdi – FOTOLAR

Braziliya futbolunun tanınmış simalarından biri olan Adriano bu həftə sonu yenidən diqqət mərkəzində olub.

Aut.az xəbər verir ki, keçmiş hücumçu San Paulo küçələrində keçirilən dini karnavalda imperator paltarı geyinərək gəzib. Karnavaldan sonra Adriano “İnstaqram”da bir neçə foto paylaşıb.

Qeyd edək ki, futbolçu karyerası ərzində “İnter”lə dörd A Seriya titulunu və Braziliyada “Flamenqo” və “Korintians”la iki Braziliya kubokunu qazanıb. Adriano milli komanda Kaka və Ronaldinyo kimi ulduzlarla birlikdə çıxış edib və 48 matçda 27 dəfə fərqlənib. O, peşəkar karyerasını 2016-cı ildə başa vurub.

Exit mobile version