AUT.AZ

İdmançı faciəvi şəkildə öldü

Avstraliyada su xizəyi yarışı zamanı faciə baş verib.

Aut.az xəbər verir ki, bu barədə ABC radiosu məlumat yayıb.

Viktoriya-Yeni Cənubi Uels sərhədi yaxınlığında Murrey çayında “Cənubi 80” yarışı zamanı iştirakçı komandalardan birinin üzvü xizək sürərkən ağır yaralanaraq ölüb. Təcili tibbi yardım xidmətlərinin əməkdaşları yarış iştirakçısının aldığı xəsarətlərdən yerindəcə öldüyünü təsdiqləyib.

Qeyd olunur ki, idmançının şəxsiyyəti hələlik rəsmi olaraq müəyyən edilməyib.

Turniri təşkil edən idman klubunun prezidentinin qərarı ilə yarış dərhal dayandırılıb və sonradan ləğv edilib. Hazırda polis hadisənin başvermə şəraitini araşdırır.

Exit mobile version