AUT.AZ

Oğlu Ronaldonu qabaqladı

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun oğlu Anxel dos Santos Aveiro (Junior Kriştiano) Səudiyyə Ərəbistanı çempionu olub.

Aut.az xəbər verir ki, U-13 çempionatının bitməsinə 3 tur qalmış “Əl-Nəsr”in müvafiq komandasının ilə liderliyi təmin edib. Çempionluğu qazandıran “Ohud”la görüşdə (4:1) fərqlənənlər arasında kiçik Ronaldo  da olub.

“Gənc ulduzlarımızı təbrik edirik! Bizi parlaq gələcək gözləyir!” -, deyə klub U-13 komandasının uğurunu belə bölüşüb.

19 oyundan 53 xal toplayan “Əl-Nəsr” Səudiyyə Ərəbistanı futbol çempionatının turnir cədvəlində ikinci yerdədir.

Qeyd edək ki, oğlundan fərqli olaraq ata Ronaldo hələ Ərəbistan çempionu ola bilməyib. Ötən mövsüm  çıxış etdiyi Ər-Riyad təmsilçisi Pro Liqada ikinci olub.

Exit mobile version