AUT.AZ

Samir Abasov Bojoviçi konfetlə necə aldatdı?

Samir Abasov Azərbaycan futbolunun “əcnəbi” komandası “Neftçi”nin əcnəbi baş məşqçisi Bojoviçə bir neçə gün əvvəl kubok oyununda “konfet” verdi. Bojoviç bu “konfeti” məmnuniyyətlə götürdü və rahatlıqla Abasovun tələsinə düşdü.

Samir Abasov kubok qarşılaşmasından bir neçə gün sonra Bojoviçə əsl futbol dərsi keçdi çempionat oyununda. Təkcə Bojoviçəmi? Yox, Samir Abasov həm də “Neftçi”ni “xalq komandası” statusundan çıxardan rəhbərliyə dərs keçdi. O rəhbərliyə ki, onlar azərbaycanlı mütəxəssislərə ikinci sort adam kimi yanaşırlar.

Samir Abasov “Neftçi” rəhbərliyinin azərbaycanlılara qarşı belə təhqiramiz davranışına elə cavab verdi ki… Bircə “konfet”lə. Bojoviçin əlində olan “konfet”lə. İndi o “konfet”i Rövşən Nəcəf də görür. İndi o “konfeti” “Neftçi”nin əcnəbi idman direktoru Yens Andersson da görür.

Darıxmayın, belə “konfet”lərdən hələ çox alacaqsınız. Təkcə Samir Abasov verməyəcək onu sizə, başqa azərbaycanlılar da verəcək. Hamınıza çatacaq, azərbaycanlılara ikinci sort kimi baxan hər kəsə.

“Neftçi” növbəti turda kiminlə oynayır? Azər Bağırov, sizin “konfet” yerlidir, yoxsa…

Natiq Muxtarlı

 

 

Exit mobile version