AUT.AZ

Berdıyevin Mahaçqaladan ayrılmasının səbəbi açıqlandı

Məşhur məşqçi Qurban Berdıyevin 2023-cü il iyulun 9-dan 2024-cü il fevralın 1-nə kimi rəhbərlik etdiyi Mahaçqala “Dinamo”sundan ayrılmasının təfərrüatları məlum olub.

Aut.az xəbər verir ki, “BUSINESS Online”ın məlumatına görə , ilk növbədə, Berdıyev kluba qoyulan sərmayənin səviyyəsindən qane olmayıb. “Dinamo” Birinci Liqanın lideridir, lakin güclü futbolçularla müqavilə bağlamaq üçün büdcə ala bilməyib.

Berdyev, mövsümün sonunda klub RPL-ə vəsiqə qazanacağı təqdirdə bölgənin komandanı dəstəkləmək vədlərinə inanmayıb.

İkincisi, klub prezidenti, özü də böyük məşqçilik təcrübəsi olan Hacı Hacıyevin vaxtaşırı məşq prosesinə müdaxilə etməsi onun xoşuna gəlmirmiş.

Aut.az

Exit mobile version