AUT.AZ

“Bavariya”nın tarixində belə futbolçu olmayıb: 500 qələbə

“Bavariya” Almaniya çempionatının 20-ci turunda “Borussiya M”-ni məğlub edib.

Aut.az xəbər veririk, 34 yaşlı yarımmüdafiəçi Tomas Müller Münhen komandasının start heyətində meydana daxil olub. O, qol ötürməsi edib və komandasının 3:1 hesablı qələbə qazanmasına kömək edib.

Müller 1965-ci ildə “Bavariya” Bundesliqaya daxil olduqdan sonra bütün yarışlarda klubun heyətində 500 matçda qələbə qazanan ilk oyunçu olub.

Müller 690 oyunda 500 qələbə qazanıb (72,5%) və ümumilikdə 32 kubok əldə edib.

Aut.az

Exit mobile version