AUT.AZ

“Real”da yeni sponsor

 “Real” cümə günü Amerikanın HP şirkəti ilə sponsorluq müqaviləsi bağladığını elan edəcək.

Aut.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Onun reklamı Madrid komandasının köynəklərinin qolunda görünəcək.

HP ilə bu müqavilə kluba ildə 70 milyon qazandıracaq. Komandanın tarixində ilk dəfə köynəklərdə eyni anda iki markanın reklamı olacaq.

Hazırda “Real” baş sponsor “Fly Emirates”in reklamından 70 milyon, həmçinin avadanlıq istehsalçısı “Adidas”dan 115 milyona yaxın gəlir əldə edir.

Klub təkcə üç əsas sponsorluq müqaviləsindən ildə təxminən 250 milyon avro qazanacaq.

Aut.az

Exit mobile version