AUT.AZ

Musayev niyə istefa verdiyini açıqladı: Düşünürdüm ki…

Rusiyalı məşqçi Murad Musayev “Sabah”dan ayrılması haqda danışıb.

Daha əvvəl mütəxəssisin öz istəyi ilə komandadan ayrıldığı məlum olub. Amma bəzi iddialara görə, Musayev bu qərarı klub rəhbərliyi ilə münaqişə zəminində verib.

Aut.az xəbər verir ki, Musayev Rusiya mətbuatına açıqlamasında bu iddianı təkzib edib.

“Son iki mövsümdə “Sabah” kifayət qədər parlaq oynadı və yaxşı nəticələr göstərdi. Komandanın çoxlu qələbələri olub. İndi isə motivasiyamızı itirmişdik. Düşündüm ki, dəyişiklik kluba və mənə xeyir verəcək.

Çempionatda üçüncü yerdən yalnız beş xal fərq var. Avropa yarışlarına vəsiqə qazanmaq və mövsümü yaxşı başa vurmaq üçün bütün ilkin şərtlər mövcuddur.

Bu, çətin qərardır, amma düşünürdüm ki, hamıya fayda verəcək”, – Musayev “Çempionat”ın müxbiri Mariya Kutsubeyeva ilə söhbətində deyib.

Aut.az

Exit mobile version