AUT.AZ

Çempion olmaq üçün komandasını dəyişəcək

“Mercedes”in britaniyalı “Formula 1” pilotu, yeddiqat dünya çempionu Lyuis Hemilton karyerasını başqa komandada davam etdirə bilər.

Aut.az xəbər verir ki, 39 yaşlı pilot 2025-ci ildə “Ferrari”yə keçə bilər. O, burada 8-ci “Formula 1” çempionluğunu qazanmaq istəyir. Bu barədə “Corriere della Sera” məlumat yayıb.

Qeyd olunur ki, Hemilton yeni komandasında “Ferrari” ilə müqaviləsini yeniləməyən Karlos Saynsı əvəz etməlidir.

Exit mobile version