AUT.AZ

Vüsal İsgəndərli oynadı?

Türkiyə I Liqasında 20-ci turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, bu gün Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” səfərdə “Şanlıurfaspor”la üz-üzə gəlib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib.

Xallarını 29-a yüksəldən “Boluspor” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Exit mobile version