AUT.AZ

Putinlə Baydeni müqayisə edən VİDEO paylaşdı, amma…

İtaliya millisinin sabiq hücumçusu Mario Balottelli sosial şəbəkələrdə Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Baydeni müqayisə edən video pyalaşıb.

Aut.az xəbər verir ki, videoda Putinin həlak olmuş əsgərləri anma mərasimi zamanı çətirsiz yağışın altında dayandığı, Baydenin isə ABŞ hərbçilərinin cəsədlərinin olduğu tabutların yükləndiyi vaxtda tələsik saatına baxdığı əks olunub.

Amma sonradan Balotelli bu videonu silib və belə yazıb:

“Söhbət siyasətdən yox, ölülərə hörmətdən gedirdi. Ağlamayın, amma mətləbə keçin”.

Aut.az

Exit mobile version