AUT.AZ

Kreslosundan bərk yapışmaqla rekord vurdu

NHL komissarı Qari Bettman Şimali Amerika liqalarının liderləri arasında rekorda imza atıb.

Aut.az xəbər verir ki, bu barədə liqanın saytı məlumat yayıb.

Yanvarın 27-də onun səlahiyyət müddəti 11318 günə çatıb. Beləliklə, Bettman liderlik vəzifəsində işlədiyi müddət ərzində Şimali Amerikada peşəkar liqaların rəhbərləri arasında rekordçu olub. Rekord daha əvvəl 1946-1977-ci illərdə liqaya rəhbərlik edən digər NHL komissarı Klarens Kempbellə məxsus idi.

Qeyd edək ki, Bettman 1 fevral 1993-cü ildə NHL komissarı təyin edilib.

Exit mobile version