AUT.AZ

İvanov, Kazaryan, Rəsulov: Dopinqə görə kütləvi cəza

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Moskva antidopinq laboratoriyasının LIMS məlumat bazasına daxil olan 16 rusiyalı ağır atletin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Aut.az xəbər verir ki, onlar 2012-ci ildə antidopinq qaydalarını pozduqlarına görə cəzalanıblar. Əksər idmançılar hazırda uzun müddətdir ki, yarışa çıxmırlar.

IWF bildirir ki, cəzalandırılanlar arasında ikiqat dünya çempionu Aleksandr İvanov da var. 2016-cı ilin noyabrında BOK dopinq testi yenidən yoxladıqdan sonra rusiyalını 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında gümüş medaldan məhrum edib.

Siyahıda 2011-ci il dünya çempionatının gümüş mükafatçıları Aleksey Yufkin və Armen Kazaryan, 2013-cü il dünya çempionatının bürünc mükafatçısı Ramazan Rəsulov, 2009-cu il Avropa çempionatının bürünc medalçısı Dmitri İvanenko, gənclər və yeniyetmələr arasında dünya çempionatının medalçıları da yer alıb.

Aut.at

Exit mobile version