AUT.AZ

Ukraynalı futbolçu Türkiyə klubundan ayrıldı

Ukraynalı yarımmüdafiəçi Dmitri Qreçişkin Türkiyənin ikinci divizionunda çıxış edən “Sakaryaspor”dan ayrılıb.

Aut.az xəbər verir ki, bu barədə Sport.ua məlumat yayıb.

32 yaşlı ukraynalı ötən il yanvarın sonunda Türkiyənin digər klubu “Gənclərbirliyi”ndən “Sakaryaspor”a keçib. Qreçişkin ötən mövsüm Adapazarı şəhərinin komandasının heyətində 12 oyun keçirsə də, bu mövsüm meydana çıxmayıb.

“Olimpik Donetsk”in yetirməsi “Şaxtyor”, “İlliçivets”, “Çernomorets”, “Zarya” və “Aleksandriya”da çıxış edib.

Aut.az

Exit mobile version