AUT.AZ

Səfiyarlı “Qəbələ”yə qayıtdı

“Qəbələ” İdman Klubunda yeni təyinat reallaşıb.

Aut.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Səbuhi Səfiyarlı klubun idman direktoru vəzifəsinə təyin olunub.

Əvvəl də “Qəbələ” İK-də çalışmış Səfiyarlı klub prezidenti Fariz Nəcəfov tərəfindən kollektivə təqdim olunub.

Exit mobile version