AUT.AZ

49,6 milyon dollarlıq yeni müqavilə imzaladı

“Filadelfiya”nın hücumçusu Ouen Tippet klubla 49,6 milyon dollar dəyərində 8 illik yeni müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, sözləşmə yeni mövsümdən qüvvəyə minəcək. Tippet hər il təqribən 6,2 milyon dollar qazanacaq. Onun hazırkı müqaviləsindəki illik gəliri 1,5 milyon dollar idi. Bu anlaşma cari mövsümün sonunda bitəcək.

24 yaşlı xokkeyçi cari mövsümdə 46 oyunda 30 (18 qol +12 asist) xal toplayıb.

Exit mobile version