AUT.AZ

O da “Liverpul”dan gedir: Kloppun arxasınca

Baş məşqçi Yurgen Kloppun ardınca “Liverpul” daha bir ayrılıq reallaşacaq.

Aut.az xəbər verir ki, “qırmızılar”ın idman direktoru Yorq Şmatke qış transfer pəncərəsi bağlandıqdan sonra klubu tərk edəcək. O, Kloppun qərarından sonra sonrakı aylardakı fəaliyyətin mənasız olduğu üçün belə adım atıb.

59 yaşlı alman mütəxəssis 2023-cü ilin iyunundan Mersesayd təmsilçisində çalışırdı. Əvvəllər o, “Volfsburq”, “Köln” və “Hannover”də oxşar vəzifəni tutub.

Qeyd edək ki, bu gün Yurgen Kloppun mövsümün sonunda “Liverpul”un baş məşqçi postunu tərk edəcəyi məlum olub . Bütün məşqçi heyəti onunla birlikdə ayrılacaq.

Exit mobile version