AUT.AZ

İdmançı məşq zamanı vəfat etdi, cinayət işi açıldı

Rusiyanın Voronej vilayətinin “EkoNiva-Bobrov” klubunun 17 yaşlı hokkeyçisi Venedikt Osipov faciəvi şəkildə vəfat edib.

Aut.az xəbər verir ki, buz üzərində məşq zamanı dünyasını dəyişib. Rusiya Xokkey Federasiyasının (RHF) mətbuat xidməti Osipovun ürəyinin dayanması səbəbindən dünyasını dəyişdiyini bildirib.

“Faciə məşqin əvvəlində baş verdi. Uşaqlar buza çıxdılar, 2006-cı il təvəllüdlü xokkeyçi qapıya zərbə endirib, sırada dayanıb yıxıldı. Həkimlərimiz yardım göstərməyə başlayıblar. 4 dəqiqəyə təcili yardım gəlib. Süni nəfəs versələr də, onu xilas edə bilməyiblər. Bütün komanda tibbi müayinədən keçib, hər şey qaydasındadır”, – deyə klubdan bildirilib.

Voronej vilayətinin prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb.

Exit mobile version