AUT.AZ

FİFA onu bağışlamadı: Öpüşün cəzasını çəkəcək

FİFA İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubialesin apellyasiya şikayətini rədd edib.

Aut.az xəbər verir ki, ötən il dünya çempionatının mükafatlandırma mərasimində qadın futbolçu Cennifer Hermosonu öpdüyünə görə 3 il müddətində futbol fəaliyyətindən uzaqlaşdırılan funksionerin etirazı qəbul edilməyib. Bu barədə “Marca” məlumat yayıb.

Xatırladaq ki, İspaniyanın qadınlardan ibarət komandası DÇ-2023-ün qalibi olub. Komanda oyunçularına qızıl medalların təqdim edilməsi zamanı Rubiales Hermosonun dodaqlarından öpüb. Bu hadisədən sonra futbol funksioneri ictimai qınağa məruz qalıb. Üstəlik, o, RFEF prezidenti vəzifəsindən istefa vermək məcburiyyətində qalıb. Daha sonra isə FİFA onun futbol fəaliyyətinə qadağa qoyub.

Exit mobile version