AUT.AZ

Balotelli yenə dinc dayanmır

“Adana Dəmirspor”un hücumçusu Mario Balotelli yenidən klubunu dəyişə bilər.

Aut.az xəbər verir ki, bu barədə italiyalı futbolçunun agenti Enzo Rayola məlumat verib. O, müştərisinin vətininə qayıtması istiqamətində işlər getdiyini bildirib:

“Həqiqətən də İtaliyaya qayıtmaq məqsədimiz var. Gəlin görək nə baş verir. İndi deyə bilərik ki, bu məsələdə artıq müsbət dəyişikliklər müşahidə olunur”.

Qeyd edək ki, Mario Balotelli 2021-ci ildə “Monza”dan ayrıldıqdan sonra İtaliyada çıxış etməyib. Hücumçunun adanalılarla müqaviləsi cari mövsümün sonunda başa çatır. O, Türkiyə Superliqasının cari mövsümündə 5 matçda iştirak edib və 3 qol vurub.

Exit mobile version