AUT.AZ

UEFA hərəkətə keçdi: Onun iki klubundan biri ÇL-ə buraxılmayacaq

UEFA İngiltərənin Cim Ratkliffə məxsus olan “Mançester Yunayted” və “Nitsa” klublarının idarəetmə strukturu ilə bağlı araşdırmaya başlayacaq.

Aut.az “The Athletic”ə istinadən xəbər verir ki, qurum daxilində çoxklublu sahiblik qızğın müzakirə mövzusudur. Ötən həftə bu məsələ ilə bağlı Nyonda təşkilatın prezidenti Aleksandr Çeferinin iştirakı ilə toplantı keçirilib. Növbəti Çempionlar Liqası mövsümünün başlamazdan əvvəl idman dürüstlük qaydaları ilə bağlı danışıqlar aparılacaq. Hər iki komanda turnirə vəsiqə qazanarsa, Ratkliffe tənzimləyici maddələrə tabe olmaq məcburiyyətində qalacaq.

Xatırladaq ki, Ratkliff “Mançester Yunayted”də 25% paya sahibdir. O, bunun üçün Qleyzerlər ailəsinə 824 milyon avro ödəyib. Bundan əlavə, onun direktoru olduğu INEOS şirkəti klubu 270 milyon avro investisiya ilə təmin edəcək.

Exit mobile version