AUT.AZ

Xavi sükutu pozdu: Gedəcəm

“Barselona”nın baş məşqçisi Xavi gələcəyi haqda danışıb.

Aut.az xəbər verir ki, ispan mütəxəssis qeyd edib ki, komandası rəhbərliyin qarşıya qoyduğu məqsədlərə nail ola bilməsə, klubu tərk edəcək:

“Mən bura gələndə bizdən dördüncü yeri tutmağı tələb etdilər və biz ikinci olduq. Keçən il hədəf liqanı qazanmaq idi. Bu il isə vacib titulları – La Liqanı, ölkə kubokunuvə ya Çempionlar Liqasını qazanmalıyıq. Məqsədlərə çatmasaq, gedəcəm. Biz uğura uğursuzluqdan qat-qat yaxınıq”.

Bu mövsüm La Liqanın 19 turundan sonra “Barselona” lider “Jirona”dan 8 xal geri qalaraq turnir cədvəlində üçüncü yerdədir.

Xavi 2021-ci ilin payızında Kataloniya təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. 2022/2023 mövsümündə onun rəhbərliyi altında “Barsa” İspaniya çempionu olub.

Exit mobile version