AUT.AZ

9-cu turun ilk oyununun vaxtı müəyyənləşdi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında 9-cu turun ilk oyununun vaxtı açıqlanıb.

Aut.az xəbər verir ki, turun açılış matçı yanvarın 18-də keçiriləcək.

Yüksək Liqanın favoritlərindən olan “Azərreyl” autsayder MOİK-lə qarşılaşacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq görüş saat 16:00-da başlayacaq.

Hazırda hesabında 15 xal olan “Azərreyl” “Murov Az Terminal”la birlikdə 2-3-cü yerləri bölüşdürürlər. MOİK isə ilk 8 turda xal qazana bilməyən yeganə komandadır.

Exit mobile version