AUT.AZ

Azarkeşlər kansleri fitə basdılar

Almaniya kansleri Olaf Şolts həndbol üzrə Avropa çempionatında azarkeşlərin etirazına məruz qalıb.

Aut.az xəbər verir ki, bazar günü siyasətçi Almaniya millisinin Berlində Şimali Makedoniya ilə oyununda iştirak edib. Diktor Şoltsun oyunda olduğunu elan edəndə tribunadan yüksək fit səsləri eşidilib.

Almaniya yığması makedoniyalıları 34:25 hesabı ilə məğlub edərək Avropa çempionatının əsas mərhələsinə vəsiqəni təmin edib.

Exit mobile version