AUT.AZ

“Real”ın düşərgəsində narahatlıq: “Barselona” ilə oyunu buraxacaq?

“Real”ın müdafiəçisi Daniel Karvaxal İspaniya klubunun bugünkü məşqində iştirak edə bilməyib.

Aut.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Mənbənin sözlərinə görə, Karvaxal əzələ yorğunluğuna görə hazırıqdan kənarda qalıb. Amma o, İspaniya Superkubokunun finalında iştirak edəcək. Yarımmüdafiəçi Luka Modriç, hücumçu Rodriqo və müdafiəçi Ferland Mendi də oxşar problemlə üzləşib. Bununla belə, bu gün onlar komanda ilə birgə çalışıblar.

Qeyd edək ki, İspaniya Superkubokunun finalı yanvarın 14-də Səudiyyə Ərəbistanında baş tutacaq. Turnirin final oyununda “Real” “Barselona” ilə qarşılaşacaq.

Exit mobile version