AUT.AZ

Hər biri bu qədər mükafat alacaq: Superkuboku qazansalar

Bazar günü, yanvarın 14-də “Real Madrid” və “Barselona” İspaniya Superkubokunun finalında qarşılaşacaqlar.

Matçın startı Bakı vaxtı ilə saat 23:00-a təyin edilib.

Aut.az xəbər verir ki, “Real” titul qazanacağı təqdirdə futbolçulara veriləcək mükafatın məbləği məlum olub.

“Defensa Central”ın məlumatına görə, “Real” prezidenti Florentino Peres uğur qazanacaqları təqdirdə hər oyunçuya 150 ​​min avro mükafat verəcək.

Qeyd edək ki, Çempionlar Liqasındakı son qələbəyə görə (2021/2022 mövsümü) Madrid klubunun futbolçularının hər biri 420 min avro alıb.

Xatırladaq ki, Superkubokun yarımfinalında “Real” Madrid derbisində “Atletiko”ya qalib gəlib (5:3), “Barselona” isə “Osasuna”dan (2:0) güclü olub.

Final qarşılaşması Səudiyyə Ərəbistanında stadionda baş tutacaq.

Aut.az

Exit mobile version