AUT.AZ

Pike hamını aldatdı – VİDEO

Tennis - Davis Cup Finale 2019 - Gerard Pique Kormos organsation - Conference de presse TENNIS : Davis Cup Finale - Spain - 24/11/2019 ChrysleneCaillaud/Panoramic.

Bir neçə gün əvvəl futbola məşqçi kimi qayıdacağını açıqlayan Jerar Pike fanatlarını aldadıb.

Aut.az xəbər verir ki, “Barsa”nın əfsanəsi söz verdiyi kimi yeni iş yerinin təfərrüatlarını açıqlayıb. Bu, azarkeşlərin gözlədiyi kimi olmayıb.

“Mən sizə dedim ki, qayıdacağam… Növbəti hekayə: Mən “Sorare Rivals”a baş menecer kimi qoşuluram! Məni ilk matçınıza çağırın və uğurunuz üçün mükafat alın!”, – deyə 36 yaşlı sabiq futbolçu sosial şəbəkə hesabında yazıb.

“Sorare” insanların oyunçu kartlarını topladığı və ticarət etdiyi fantaziya idman oyunudur. Pike sadəcə olaraq “məşqçilərdən” biri olacaq. O, həm də layihə üzrə strateji məsləhətçidir.

 

Exit mobile version