AUT.AZ

İkiqat dünya çempionu ağır xəstəliyindən danışdı: 6 il əvvəl…

Blits üzrə ikiqat dünya çempionu Valentina Qunina ağır otoimmün xəstəliklə – lupusla necə yaşadığını danışıb.

Aut.az xəbər verir ki, şahmatçı bu barədə “Sport-Ekspress”ə açıqlama verib.

Onun sözlərinə görə, 6 il əvvəl özünü pis hiss etməyə başlayıb. “Və yalnız 2023-cü ilin mayında mənə diaqnoz qoyuldu… Lupus müxtəlif xəstəlikləri təqlid edir”, – Qunina izah edib.

İdmançı xəstəliyin əlamətlərinin təsvirini də paylaşıb. Qızın sözlərinə görə, insan həmişə xəstə kimi görünür və daim yuxuya gedir. Eyni zamanda, Qunina vurğulayıb ki, özünüzü hərəkət etməyə məcbur etmək vacibdir, çünki yataqda cəmi bir gün qaldıqdan sonra ayağa qalxmaq çox çətindir.

Dekabrın 30-da Qunina blits üzrə dünya çempionatının qalibi olub. O, ilk titulunu 2012-ci ildə qazanıb.

Aut.az

Exit mobile version