AUT.AZ

Həndbolda möhtəşəm rekord – VİDEO

Həndbol üzrə Avropa çempionatında yeni tamaşaçı rekordu müəyyən edilib.

Aut.az xəbər verir ki, turnirin ilk günündə Düsseldorfdakı 55 min tamaşaçı tutumlu arenada iki qarşılaşma baş tutub. Fransa – Şimali Makedoniya (39-29) və Almaniya – İsveçrə (27-14) oyunlarının tamaşaçıları 53 586 nəfər olub.

Həndbol oyunları üzrə əvvəlki rekord 44 min olub və 2014-cü ilin sentyabrında müəyyən edilib

2024-cü il Avropa çempionatı tarixdə 24 komandanın iştirakı ilə bir ölkədə keçirilən ilk qitə çempionatıdır.

Turnirə yanvarın 28-də yekun vurulacaq.

Aut.az

Exit mobile version