AUT.AZ

Bu biznesdir, Peres də bunu bacarır: O gələcək, başqa variant yoxdur

“Real”ın keçmiş futbolçusu Quti bütün çətinliklərə baxmayaraq, PSJ-nin hücumçusu Kilian Mbappenin mütləq “kral klubu”na keçəcəyinə inanır.

Aut.az xəbər verir ki, Quti bu haqda “Marca”ya danışıb.

“Mbappenin arzusu “Real”a getmək, “Real”ın arzusu isə Mbappeni gətirməkdir. Sonda hər ikisi razılığa gəlməli olacaq. Bu, təkcə futbol deyil, biznesdir. Ancaq Florentino Peres bütün həyatı boyu bunu edib. Buna görə də o, “Real”ın ən yaxşı prezidentidir.

Florentino Peres bunu Fiqu, Bekhem, Ronaldo, Zidan ilə etdi, indi də Mbappe ilə edəcək. Başqa variant yoxdur”, – deyə Quti bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda Mbappenin “Real” rəhbərliyinin ona verdiyi ultimatumdan narazı qaldığı barədə məlumat yayılmışdı. Ultimatumda bildirilirdi ki, fransalı hücumçu yanvarın sonuna qədər Madrid klubu ilə müqavilə bağlayacağını və ya bu müqavilənin baş tutmayacağını açıqlamalıdır.

Aut.az

Exit mobile version