AUT.AZ

“Barsa” antirekordu dayandırdı

İspaniya Superkubokunun yarımfinalında “Barselona” “Osasuna” üzərində 2:0 hesablı qələbə qazanıb.

Aut.az xəbər verir ki, Xavinin yetirmələri 2023-cü ilin sentyabrından bəri ilk dəfə 2 top fərqi ilə qalib gəlib. “Barsa”nın son belə qələbəsi (2+ top fərqi) sentyabrın 19-da Çempionlar Liqasında “Antverpen” (5:0) üzərində olub.

Həmin vaxtdan “Osasuna” ilə görüşə qədər kataloniyalılar 20 görüş keçirib, 1 topdan çox fərqlə qələbə qazanmayıb. Bu nəticə “Barselona”nın tarixində antirekord olub.

Exit mobile version