AUT.AZ

“Barsa” “Atletiko” ilə danışıqları dayandırdı: Şübhə var ki…

Hücumçu Joao Feliksin “Barselona”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Futbolçu “Atletiko”ya məxsusdur və Kataloniya klubunda icarə əsasında çıxış edir.

Aut.az xəbər verir ki, “Barsa” futbolçunun transfer hüququnu almaq üçün “Atletiko” ilə danışıqlar aparsa da, lakin danışıqları dayandırmaq qərarına gəlib.

“Goal”ın məlumatına görə, “Barselona” portuqaliyalının nümayiş etdirdiyi performansdan narazıdır. Feliks Kataloniya klubunda əla debüt etdi, lakin sonra onun səviyyəsi aşağı düşdü və bu, məşqçilər korpusunda və rəhbərlikdə şübhələr yaratdı.

“Atletiko” da öz növbəsində 24 yaşlı futbolçunu 80 milyon avroya qiymətləndirir. Kataloniyalılar icarə müddətini satın almaq hüququ ilə 2025-ci ilin yayına qədər uzatmağa hazırdır, lakin Madrid komandasının tələbindən qat-qat az məbləğə.

Bu mövsüm Joao Feliks 22 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version