AUT.AZ

Avro-2024 ərəfəsində yeni müqavilə ilə mükafatlandırılacaq

Avro-2024 başlamazdan əvvəl İspaniya millisinin baş məşqçisi Luis de la Fuente federasiya ilə yeni müqavilə imzalayacaq.

Aut.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Yeni müqavilə 2026-cı il dünya çempionatının sonuna qədər qüvvədə olacaq.

De la Fuentenin hazırkı müqaviləsi iyulun sonuna qədər qüvvədədir, lakin federasiya rəsmiləri mütəxəssisi Avro-2024-dən əvvəl müqavilənin uzadılması ilə mükafatlandırmaq istəyir.

İspaniya AVRO-2024-də İtaliya, Xorvatiya və Albaniya ilə çətin qrupa düşüb.

Aut.az

Exit mobile version