AUT.AZ

“Barsa”dan biabırçı nəticə: Futbol oynamırlar

“Barselona” klub tarixinin antirekorduna imza atıb.

Aut.az xəbər verir ki, İspaniya kubokunun 1/16 final mərhələsində Kataloniya təmsilçisi “Barbastro”nun qonağı olub. Qarşılaşma “Barsa”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, komandanın bir topdan artıq fərqlə ardıcıl qalib gələ bilmədiyi matçların sayı 20-ə çatıb.

Bu, “Barselona”nın tarixində ilk dəfədir ki, baş verir. La Liqanın son çempionu bir topdan artıq fərq ilə sonuncu qələbəsini sentyabrın 19-da Çempionlar Liqasında “Antverpen” ilə oyunda (5:0) qazanıb.

Exit mobile version