AUT.AZ

Nicatın yolu açıqdır – Karlsen təsdiqlədi

16-cı dünya çempionu, dünya reytinqinin lideri norveçli şahmatçı Maqnus Karlsen Torontoda (Kanada) keçiriləcək İddiaçılar turnirində iştirak etməyəcəyini rəsmən təsdiqləyib

Aut.az xəbər verir ki, o, bu barədə “Chess.com” platformasına rəsmi açıqlama verib:

“Bəli, mən İddiaçılar turnirində oynamaq fikrində deyiləm, bu barədə heç narahat olmayın”.

Xatırladaq ki, Namizədlər Turnirinin iştirakçılarının siyahısına Yan Nepomniyaşi (Rusiya), Rameşbabu Praqnanandha (Hindistan), Fabiano Karuana (ABŞ), Vidit Santoş Qucrati (Hindistan), Hikaru Nakamura (ABŞ), Qukeş Dommaraju (Hindistan) və Alireza Firuzcanın (Fransa) yarışacağı dəqidir. Karlseni dünya kubokunu dördüncü pillədə başa vuran azərbaycanlı Nicat Abasov əvəz edəcək.

Exit mobile version