AUT.AZ

“Barselona”nın yeni müqavilə təklifini geri çevirdi

“Barselona”nın müdafiəçisi Ronald Arauxo klub rəhbərliyinin müqavilənin təkmilləşdirilmiş şərtlərlə uzadılması təklifindən imtina edib.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Oyunçunun müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə olsa da, “Barsa” rəhbərliyi “Bayern”in müdafiəçisinə maraq göstərməsindən narahat olaraq oyunçuya təkliflə müraciət ediblər. Eyni zamanda, Arauxo özü kataloniyalılar üçün oynamaqdan imtina etmir. Iakin cari mövsümün sonuna qədər müqavilənin uzadılmasını müzakirə etməyəcək.

Qeyd edək ki, 2023/2024 mövsümündə uruqvaylı “Barselona”nın heyətində bütün turnirlərdə 17 oyun keçirib və 1 qol vurub.

Exit mobile version