AUT.AZ

Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursu keçiriləcək

Yanvarın 23-dən 26-dək Bakıda AFFA tərəfindən UEFA C kateqoriyalı məşqçi kursu keçiriləcək.

Aut.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Dörd moduldan ibarət olacaq kursun növbəti sessiyaları 13-16 fevral, 27 fevral – 1 mart və 11-16 mart tarixlərində təşkil olunacaq.

Exit mobile version