AUT.AZ

Autsayderlə anlaşdı

Qış fasiləsində “Karvan”la yollarını ayıran Əzəmət Ələkbərlinin yeni klubu məlum olub.

Aut.az-ın əldə etdiyi məlumata görə. oyunçu Birinci Liqanın autsayderi “Araz Saatlı”da çıxış edəcək. O, yeni klubu ilə mövsümün sonunadək müqavilə bağlayıb.

Əzəmət 2023-cü ilin yayından “Karvan”da forma geyinirdi. Futbolçu cari mövsümdə “ağ-qaraları”n heyətində cəmi 7 oyunda meydana çıxıb.

Qeyd edək ki, “Araz-Saat”lı 12 turdan sonra 3 xalla Birinci Liqanın sonuncusudur.

Aut.az

Exit mobile version