AUT.AZ

Karlsen “İddiaçılar turniri”ndən imtina etdi: Onu Nicat Abbasov əvəzləyəcək?

Norveçli şahmatçı Maqnus Karlsen “İddiaçılar Turniri – 2024″ün iştirakçıları siyahısına salınmasından danışıb.

Aut.az xəbər verir ki, dünyanın bir nömrəsi turnirdə iştirakdan imtina edib. “Dəvət üçün təşəkkür edirəm, sadəcə indi yarışın iştirakçısı olmaq istəmirəm” – deyə Karlsen sosial şəbəkə hesabında yazıb.

Bundan əvvəl Karlsenin iştirakdan imtina etdiyi barədə məlumat yayılmışdı. Belə olan halda onu “İddiaçılar turniri”ndə dünya kubokunu dördüncü pillədə başa vuran 28 yaşlı azərbaycanlı Nicat Abasovun tutacağı bildirilir. Lakin FİDE-dən hələ heç bir rəsmi təsdiq gəlməyib.

Namizədlər turnirində Karlsendən başqa daha 7 nəfər iştirak edəcək: Yan Nepomniaşi (Rusiya), Rameşbabu Praqnanandha (Hindistan), Fabiano Karuana (ABŞ), Vidit Santoş Qucrati (Hindistan), Hikaru Nakamura (ABŞ), Qukeş Dommaraju ( Hindistan) və Alireza Firouzca (Fransa).

Exit mobile version