AUT.AZ

“Turan Tovuz”un rəqibləri bilindi

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə Türkiyəyə yollanacaq “Turan Tovuz”un yoxlama görüşlərindəki rəqibləri məlum olub.

Aut.az xəbər verir ki, yanvarın  17-dək Antalyada hazırlığını davam etdirəcək komanda ilk yoxlama oyununa 9 yanvar tarixində çıxacaq. Rəqibimiz Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq.

Hazırlıq çərçivəsində növbəti oyunlar isə 15 yanvar tarixində keçiriləcək. Həmin gün baş baş məşqçi Ayxan Abbasov 2 oyunda komandanı sınaqdan keçirəcək. Günün ilk oyununda “Turan Tovuz” Macarıstan təmsilçisi “Şiofok”la qarşılaşacaq. İkinci oyundakı rəqib isə Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf” olacaq.

Exit mobile version